Sosial məsuliyyət

Sosial məsuliyyət proqramlaşdırma kursu
Div Academy-də təhsil almaqla, fiziki məhdudiyyətli gənclərin də ödənişsiz bu tədrisdən yararlanmasında sənin rolun olacaq.

Daha əvvəl başlatdığımız #Bacararsan.az layihəmizdə onlarla fiziki məhdudiyyətli gənclərə dəstək olduq, onlara istiqamət verdik. Təhsil almaqla sən həm öz gələcəyini inşa edəcəksən, həm də bu xörəkdə sənin də duzun olacaq...

Sosial məsuliyyətimiz vizyonumuzun ayrılmaz parçası olduğu üçün, xüsusən fiziki məhdudiyyətli və ucqar rayonlarda yaşayan gənclərimizə dəstək olmaq Div Academy-nin brend siyasətidir.

Balıq vermirik, balıq tutmağı öyrədirik

Sosial məsuliyyət fəaliyyətimiz üzərində hər zaman beyin yoruruq. Davamlılıq (sustainability) bizim üçün ən əsas faktorlardandır. Bu səbəbdən insanlara daha uzunmüddətli və davamlı dəstək olmaq üçün onları öz üzərində işləməyə, peşəkar proqramçı olmağa təşviq edirik.

Biz düşünürük ki, dəstək olmaq həm də yoluxucudur. Akademiyamızın dəstək olduğu şəxslər də daha sonra öz növbəsində digər insanlara təhsildə dəstək olacaq, onlara daha yaxşı bir dünya üçün təhsilin nə qədər önəmli olduğunu izah edəcəklər.

Şübhəsiz ki, daha yaxşı bir dünya üçün proqramlaşdırma öyrənmək ən müasir və ağıllı seçimdir. Akademiyamızda Proqramçı ixtisasına yiyələnərək #GələcəyiYazanlar olmaq üçün indi attım at !

Partnyorlarımız

Ada Universiteti Div Academy
Bakı Ali Neft Məktəbi Div Academy
Dövlət Məşğulluq Agentliyi Div Academy
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Div Academy
Kapitalbank Div Academy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Div Academy
Təhsil Assosiasiyası Div Academy
ABB Bank Div Academy
Hesab.az Div Academy
Ulduzum Div Academy
Unibank Div Academy

Müraciət et

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keçin, biz sizinlə əlaqə saxlayaq.



Mobil nömrə minimum 9, maksimum 12 simvoldan ibarət olmalıdır.

Kursu seçin